
Bakı. Trend:
Elm və təhsil naziri Emin Əmrullayevin 26 sentyabr tarixində
Gədəbəy şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun
vaxtı dəyişdirilib.
Trend
xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat
yayıb.
Bildirilib ki, qəbulun tarixi barədə əlavə məlumat
veriləcək.
Qəbulda Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa, Qazax sakinlərinin
iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, qəbulda yalnız müvafiq qaydada müraciət etmiş
şəxslər iştirak edəcəklər.


