Fərdi
- 24 sentyabr, 2025
- 15:31

Azərbaycan yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-prini yüksək səviyyədə təşkil edib.
“Report” verir ki, bunu Beynəlxalq Xizək Federasiyasının (ISU) prezidenti Kim Jae-Yeol deyib.
O, Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyətinə malik olduğunu vurğulayıb:
“Azərbaycan Qran-prini yüksək səviyyədə təşkil edib. Ölkəniz yüksək təşkilatçılıq qabiliyyətinə malikdir. Bu, Bakıya ikinci gəlişimdir. Bu cür gözəl və müasir şəhərdə olduğum üçün çox xoşbəxtəm. Qran-prinin uğurla başa çatacağına inanıram”.
Qeyd edək ki, Bakıda təşkil olunan turnirdə 38 ölkədən 92 idmançı mübarizə aparır.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin


