“Unibank”da bizneslər üçün alternativ maliyyələşmə imkanları müzakirə edilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan)
təşkilatçılığı ilə AHK Azərbaycan Maliyyə Xidmətləri İşçi Qrupunun
növbəti görüşü Unibank KB ASC-nin Baş ofisində keçirilib. Görüşün
budəfəki mövzusu “Bizneslər üçün alternativ maliyyələşmə: Kapital
bazarlarının hansı üstünlükləri var?” olub.

Tədbirin moderatoru, Unibank KB ASC-nin Baş Biznes İnzibatçısı
və AHK Azərbaycan Maliyyə Xidmətləri İşçi Qrupunun sədri
İlkin Quliyev mövzunun ölkə biznes mühiti üçün
aktuallığını vurğulayıb. O bildirib ki, alternativ maliyyələşmə
alətləri yerli şirkətlər üçün maliyyə dayanıqlılığının
artırılmasına, bizneslərin inkişafı və yeni investisiya
imkanlarının yaradılmasına mühüm töhfə verir.

Görüş çərçivəsində Bakı Fond Birjasının Baş Listinq məsləhətçisi
Fərhad Mənsurov Azərbaycanda mütəşəkkil kapital
bazarı, investisiya imkanları və yerli bazar alətləri barədə
təqdimatla çıxış edib. Daha sonra İlkin Quliyev və Fərhad Mənsurov
birgə müzakirədə bizneslərin ənənəvi maliyyələşmə vasitələri ilə
kapital bazarları üzərindən maliyyələşmə imkanlarını müqayisə
edərək hər bir modelin üstünlüklərinə diqqət çəkiblər.




Görüşdə, həmçinin, bazar şəffaflığının artırılması, investor
inamının gücləndirilməsi və tənzimləyici islahatların davam
etdirilməsinin əhəmiyyəti xüsusi qeyd olunub.

Unibank kapital bazarlarının inkişafına dəstək verməklə,
bizneslərin maliyyələşmə alternativlərini genişləndirməyi,
şirkətlərin daha rəqabətədavamlı və dayanıqlı böyüməsinə şərait
yaratmağı hədəfləyir.

Unibank-Sənin Bankın!