
Bakı.Trend:
III Beynəlxalq Statistika Forumunda 19 ölkə iştirak edir.
Trend xəbər
verir ki, bunu bu gün III Beynəlxalq Statistika Forumu çərçivəsində
MDB ölkələrinin Dövlətlərarası Statistika Komitəsinin sədri
Konstantin Laykam jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, I forum Sankt-Peterburqda, ikincisi Daşkənddə və
nəhayət üçüncüsü Bakıda baş tutur.
“Burada bir sıra məsələlər müzakirə olunacaq.
Bunların sırasında süni intellekt də olacaq. Statistika
insanların anlayacağı dildə izah olunmalıdır”,- o əlavə edib.


