Bakı. Trend:
Ermənistanın qərbində yerləşən Armavir vilayətinin Merdzavan
kəndində baş verən silahlı insident zamanı iki nəfər, o cümlədən
kənd icmasının rəhbəri həyatını itirib, daha bir nəfər isə
yaralanıb.
Trend xəbər verir ki, bu
barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Rəsmi açıqlamaya görə, çərşənbə axşamı gecə saatlarında kənddə
atışma baş verməsi ilə bağlı polisə məlumat daxil olub. İlkin
məlumata əsasən, hadisə nəticəsində iki nəfər ölüb. Həyatını
itirənlərdən biri icma rəhbəri Valodya Qriqoryandır.
Polis hazırda baş verən hadisənin səbəblərini araşdırır.

