
Bakı. Trend:
Müdir vəzifəsinə işə qəbul ilə bağlı məlumat şəxsi səhifələrə
göndərildi.
Trend
xəbər verir ki, bu barədə İnsan Resursları Mərkəzi məlumat
yayıb.
Bildirilib ki, məktəbəqədər təhsil müəssisələrinə müdir
vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi ilə
bağlı məlumat namizədlərin şəxsi səhifələrinə göndərildi.
“Namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların
keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər”, – qurumdan əlavə
olunub.

