Rusiyalı voleybolçu Azərbaycan klubunda çıxış edəcək

Baş səhifə
Rusiyalı voleybolçu Azərbaycan klubunda çıxış edəcək

Kişilərdən ibarət “Murov Az Terminal” komandası heyətini rusiyalı voleybolçu ilə gücləndirib.

Klubdan “Report”a verilən məlumata görə, paytaxt təmsilçisi Leontyev Dmitriylə anlaşıb.

Hücumçu 2025/2026 mövsümü ərzində “Murov Az Terminal”ın uğurları üçün çalışacaq.