4 ay ərzində “Coursera”da 30 min Azərbaycan vətəndaşı sertifikat əldə edib

Baş səhifə

Bakı. Trend:

Son dörd ay ərzində “Coursera” platformasında 30 min Azərbaycan
vətəndaşı 63 minə yaxın sertifikat əldə edib.

Trend xəbər verir
ki, bu barədə Azərbaycanın İqtisadiyyat Nazirliyi yanında Dördüncü
Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SIM) icraçı
direktoru Fariz Cəfərov Bakıda keçirilən I Azərbaycan Beynəlxalq
İnvestisiya Forumunda etdiyi çıxışda deyib.




“Biz “Coursera” ilə əməkdaşlıq edirik: ötən il 70 min
azərbaycanlının 12 mindən çox tədris proqramına pulsuz çıxışını
təmin edən iri miqyaslı saziş bağlanıb. 2026-cı ilin aprel ayına
kimi biz bunun 70 min nəfəri əhatə etməyini planlaşdırırq.
Hədəfimiz bacarıqlarda olan boşluqların tez bir zamanda
doldurulmasıdır”, – deyə o bildirib.

Onun sözlərinə görə, rəqəmsal iqtisadiyyat strategiyası
çərçivəsində əlavə 50 layihənin gerçəkləşdirilməsi planlaşdırılır.
Həmin layihələr ÜDM üçün əlavə dəyər yaradacaq, şirkətlərin
inkişafına , eləcə də, beynəlxalq investisiyaların və istedadların
cəlb olunmasına vəsilə olacaq.