
Bakı. Trend:
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidentinin xüsusi
səfirir Kit Kelloqla ABŞ-dən silah tədarükü ilə bağlı məsələləri
müzakirə ediblər.
Trend xəbər verir
ki, bu barədə ukraynalı dövlət başçısı öz Telegram-kanalında
yazıb.
“Müzakirələrdə Ukrayna ilə ABŞ arasında əməkdaşlığın inkişafı,
xüsusilə Ukraynanın ABŞ-yə təklif etdiyi dronlar və Amerika
silahlarının alınması üzrə qarşılıqlı-faydalı sazişlərə
toxunmuşuq”, – Zelenski yazıb.
O əlavə edib ki, Kelloqu Ukrayna silahlı qüvvələrinin Dobropolya
və Pokrovska yaxınlığındakı əməliyyatları barədə
məlumatlandırıb.


