NTD amerikalı basketbolçu transfer edib

Baş səhifə
NTD amerikalı basketbolçu transfer edib

NTD komandası amerikalı basketbolçu Maykl Braun-Jonsu transfer edib.

“Report” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, forvard mövqeyində çıxış edən 24 yaşlı basketbolçu ilə bir illik müqavilə imzalanıb.

Braun-Jons son olaraq ABŞ-ın “The University of Mississippi” klubunun şərəfini qoruyub.

Qeyd edək ki, NTD buna qədər legionerlərdən Ladarius Marşalın, Kobi Montqomerinin, Jamel Kingin və Andra Makkinin transferlərini həyata keçirib.