Biz SDG-nin (Suriya Demokratik Qüvvələri) Suriya ordusuna inteqrasiyasını təklif etdik və kürdlərin hüquqlarının qorunacağına təminat verdik.
APA “Sana”ya istinadən xəbər verir ki, bu barədə Suriya Prezidenti Əhməd əl-Şaraa Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilən tədbirdə bildirib.
Əhməd əl-Şaraa qeyd edib ki, lakin razılaşdırılmış məqamların həyata keçirilməsində gecikmə olub.

