Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası (UNGA) Ukrayna ilə bağlı Rusiya əleyhinə qətnamə qəbul edib.
Resmixeber.az,Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Qətnaməni 93 ölkə dəstəkləyib. 18 dövlət sənədin əleyhinə çıxıb, daha 65 dövlət isə bitərəf qalıb.
Ukrayna qətnaməni 50-dən çox ölkə ilə birgə hazırlayıb. Onların arasında Böyük Britaniya, Fransa, Almaniya, Kanada, İsveçrə, Polşa, Baltikyanı ölkələr və s. var.

