Bakıda yol polisi bu nəqliyyat vasitələrini toplayır, səbəbi bilindi – Eksklüziv (VİDEO

AKTUAL ölkə

Çatdırılma xidməti motosikletləri də polis nəzarətində
Paytaxtda polis əməkdşları tərəfndən motosikletlər toplanır.

Bu barədə Ölkə.Az-ın redaksiyasına video göndərilib.

Bu barədə Ölkə.Az-ın .sorğusuna cavab olaraq
Motosiklet sahibləri iddia edib ki, nəqliyytat vasitələrinin toplanmasına səbəb kimi isə COP 29 göstərilib.

Həmçinin qeyd edilib ki, digər səbəb yaxın günlərdə baş verən motosiklet qəzaları nəticəsində 2 nəfərin ölməsidir.

Sözügedən videoda həm Post Patrul Xidməti əməkdaşları, həm də yol polisinin olduğu görünür.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli videogörüntü ilə əlaqədar Ölkə.Az-ın sorğusuna cavab olaraq bildirib ki, həmin nəqliyyat vasitələrini idarə edən şəxslərin idarəetmə hüququ olmadığı üçün evakasiya edilib:

“Bir daha nəqliyyat vasitəsi sürücülərindən tələb edirik ki, idarəetmə hüququ olmadan sükan arxasına əyləşməsinlər. Əks halda barələrində qanunamüvafiq tədbirlər görüləcək”.

BDYPİ rəsmisinin sözlərinə görə, toplanan motosikletlərin əksəriyyəti çatdırılma xidməti göstərən şəxslərə aiddir.

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir