2050-ci ildə bugünkü səviyyədən təxminən 10% daha çox enerji lazım olacaq – bp

Baş səhifə

Bakı. Trend:

Mövcud enerji tələbatı trayektoriyasına baxsaq, 2050-ci ildə
bugünkü səviyyədən təxminən 10% daha çox enerji lazım olacaq.

Trend xəbər
verir ki, bunu bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) üzrə
regional prezidenti Ciovanni Kristofoli bu gün Bakıda keçirilən SPE
2025 Xəzər Texniki Konfransında deyib.

O vurğulayıb ki, dünyanın bu regionun məhsuluna ehtiyacı
var:




“Dünyanın karbohidrogenlərə tələbatı davam edir. Yaxınlarda bp
“Energy Outlook” hesabatını dərc edib. Mövcud enerji tələbatı
trayektoriyasına baxsaq, 2050-ci ildə bugünkü səviyyədən təxminən
10% daha çox enerji lazım olacaq. Bu enerjinin təxminən yarısını
yenə də neft və qaz təşkil edəcək. Hətta temperatur artımının 2
dərəcədən aşağı saxlanıldığı ssenaridə belə, enerji tələbatı
bugünkü səviyyənin təxminən üçdə ikisi qədər qalır və bu tələbatın
üçdə biri yenə də neft və qaz olacaq”.

“Yəni reallıq odur ki, biz hələ onilliklər boyu
karbohidrogenlərə ehtiyac duyacağıq. Bu səbəbdən də regionun
inkişaf etməsi və geniş coğrafiya üçün enerji mərkəzi kimi
fəaliyyətini davam etdirməsi vacibdir”, – o qeyd edib.