Azərbaycan minalardan təmizləmə ilə bağlı böyük problemlə üz-üzədir: Qərb bu məsələdə nə dərəcədə maraqlıdır?

HƏRBİ

Britaniyalı jurnalist Nil Uotsonun nj.com saytı üçün hazırladığı məqalədə işğaldan sonra Qarabağda Azərbaycan üçün ciddi problem olan yerüstü minalardan bəhs edilir. O, iddia edir ki, Qərbin minaların təmizlənməsi və mülki əhalinin qorunmasının təcili zərurəti ilə bağlı əl-ayağa düşməsinə baxmayaraq, bu böyük işdə Azərbaycana çox az real yardım göstərilib.

resmixeber.az həmin məqaləni təqdim edir:

“Bu minaların Ermənistan tərəfindən dağınıq şəkildə və bəzən heç bir hərbi zərurət olmadan, nişanlanmadan və hasarlanmadan qoyulması minaların təmizlənməsini çətinləşdirir, insan itkisi davam edir və günahsız mülki əhali üçün ciddi təhlükə yaranır”, – Azərbaycan Prezidentinin Xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov bildirib.

Təcili olaraq Minaların təmizlənməsi və mülki şəxslərin təhlükəsizliyinin təmin edilməsinə ehtiyac olmasına baxmayaraq, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) təlim yardımı istisna olmaqla, Qərb bu böyük işdə Azərbaycana çox az real yardım göstərib.

2020-ci ilin noyabrında atəşkəs imzalanandan bəri Qərb Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) cəmi 12,5 milyon dollar ayırıb ki, bu da minalardan təmizləmə əməliyyatının başa gələcəyi təxmin edilən 25 milyard dollardan çox azdır. Azərbaycan 2022-2026-cı illər üçün yenidənqurma işlərinə 11 milyard dollardan çox vəsait ayırıb.

Qarabağda hələ də 147 988 hektar yüksək dərəcədə minalanmış ərazilər, 675 570 hektar isə orta və aşağı təhlükə zonası hesab olunur.

Xatırladaq ki, noyabrda ANAMA-nın sədri Vüqar Süleymanov qeyd edib ki, 2020-ci ildən indiyədək 111 207 hektar minalanmış ərazi təmizlənib. Bu, ümumi çirklənmiş ərazinin yalnız 10,5%-ni təşkil edir.

www.102info.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir