Azərbaycan kikboksçusu nigeriyalı rəqibinə qalib gəldi – VİDEO

Dünya


Azərbaycan kikboksçusu Bəhram Rəcəbzadə (+95 kq) Niderlandda baş tutan “Glory” Qran-prisində rəqibi nigeriyalı Tariq Osaro üzərində qələbə qazanıb.

Oxu.Az xəbər verir ki, 1/4 final mərhələsində keçirilən döyüş azərbaycanlı idmançının üstünlüyü şəraitində keçib.

Bəhram Rəcəbzadə yarımfinalda Levi Reyters (Niderland) – Uku Djurzendal (Estoniya) cütünün qalibi ilə qarşılaşacaq.

Məlumat üçün bildirək ki, “Glory” Qran-prisinin mükafatı 500 000 ABŞ dollardır.

 

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir