Komitə sədri: “Paytaxtda mənzil fondunun yenilənməsi planlaşdırılır”

Cəmiyyət


“Baş plana uyğun olaraq Bakıda mənzil fondunun yenilənməsi planlaşdırılır”.

resmixeber.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planının təqdimatı mərasimində deyib.

O bildirib ki, Bakıda kifayət qədər qəzalı vəziyyətə düşmüş binalar var:

“Hazırda da bu istiqamətdə layihələr davam etdirilir. Mənzil fondunun yenilənməsi prosesi bu gün də dövlətin müəyyən dəstəyi və investorların cəlb olunması ilə davam edir. Baş plana uyğun olaraq 2040-cı ilə qədər gələcəkdə də bu addımlar davam edəcək”.

Könül Cəfərli

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir