İsmayıllıda qəza: Bir ailənin üç üzvü yaralanıb – FOTO

Cəmiyyət


İsmayıllıda avtomobil aşıb, bir ailənin üç üzvü yaralanıb.

“resmixeber.az” xəbər verir ki, hadisə rayonun Qurbanəfəndi kəndi yaxınlığında qeydə alınıb.

Belə ki, “Hyundai Tucson” markalı avtomobil qəfil idarəetmədən çıxaraq aşıb. Hadisə zamanı avtomobildə olan rayonun İstisu sakinləri – 22 yaşlı Amil Füzuli oğlu Alışanov, 65 yaşlı Eldar Sadiq oğlu Osmanov və 58 yaşlı Nəcibə Eldar qızı Alışanova müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Yaralılar təcili tibbi yardım maşınları ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar, vəziyyətləri ağırdır.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir