Xaçmazda yaşlı qadının meyiti tapılıb

Cəmiyyət


Xaçmaz şəhərində 82 yaşlı qadının meyiti tapılıb.

“resmixeber.az” xəbər verir ki, hadisə şəhərin Qaqarin küçəsində baş verib.

Belə ki, 1941-ci il təvəllüdlü Məleykə Arzuman qızı Şərifovanın meyiti yaşadığı mənzilin hamam otağında aşkar olunub.

Onun dəm qazından öldüyü ehtimal edilir.

M.Şərifovanın meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə – Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırılma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir