ABŞ-də insanların Aya endirilməsi üçün nəzərdə tutulan liftin prototipi sınaqdan keçirilib

DIN


NASA astronavtları Nikol Mann və Duq Uilok “SpaceX” şirkətinin “Starship” kosmik gəmisinin “Human Landing System” (HLS) lift sisteminin kiçildilmiş prototipini uğurla sınaqdan keçiriblər. Gələcəkdə oxşar qurğu “Artemis III” və “Artemis IV” pilotlu missiyalarının iştirakçılarını Ay səthinə endirməli olacaq.

Bu barədə Amerika Kosmik Agentliyinin saytında məlumat verilib.

Ay lifti maketi ABŞ-nin Kaliforniya ştatının Hotorn şəhərindəki “SpaceX” müəssisəsində inşa edilib. O, kabinin işləmə mexanizmləri və idarəedici elementləri olan bir seksiyasından ibarətdir. Sınaqlar zamanı astronavtlar Ayda qarşılaşacaqları hərəkət məhdudiyyətlərini simulyasiya etmək üçün skafandr geyiniblər.

İnsanın Aya enişini nəzərdə tutan “Artemis III” missiyası 2025-ci ilə planlaşdırılıb, lakin NASA “Starship” kosmik gəmisində təkmilləşdirilmə edilməsi zərurəti ilə əlaqədar onun daha gec bir tarixə təxirə salınmasının mümkün olduğunu bildirib.

Mənbə: gazeta.ru

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir