Hikmət Hacıyev Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb

Mədəniyyət


Dekabrın 13-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova ilə görüşüb.

Fonddan AZƏRTAC-a bildiriblər ki, görüşdə Hikmət Hacıyev Aktotı Raimkulovanı Türk dövlətlərinin başçıları tərəfindən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti təyin olunması münasibətilə təbrik edib. O, müasir dövrdə Türk xalqlarının hərtərəfli inteqrasiya proseslərinin gücləndirilməsinin önəmindən bəhs edərək, Türk dövlətlərinin mədəni əlaqələrinin inkişafında Təşkilatın rolunu vurğulayıb.

Söhbət zamanı Aktotı Raimkulova Qarabağın işğaldan azad olunmasını Azərbaycan və bütövlükdə Türk dünyası üçün tarixi əhəmiyyətə malik hadisə kimi qiymətləndirib. Təşkilatın rəhbəri bu il Türk dünyasında təntənəli şəkildə qeyd olunan əlamətdar yubileylər sırasında müasir müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin 100 illiyinə diqqət çəkib.

Aktotı Raimkulova Türk Mədəniyyəti və İrsi Fondunun yaradılmasında və qurulduğu ilk illərdən təşkilatın fəaliyyətinə dəstəyin verilməsində Prezident İlham Əliyevin müstəsna rolunu vurğulayıb. O, Fondun Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yenidənqurma və bərpa prosesinə töhfə verilməsinə, eləcə də ölkənin təklifləri əsasında təşkilatın bundan sonrakı fəaliyyətlərində yeni strateji istiqamətlərin həyata keçirilməsinə hazır olduğunu vurğulayıb.

Görüş qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi ilə davam edib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir