FIBA Avropa Kuboku: “Sabah” Türkiyə klubuna uduzub

Dünya


“Sabah” basketbol klubu FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununu keçirib.

resmixeber.az xəbər verir ki, Azərbaycan təmsilçisi 5-ci matçında Türkiyə klubu “Bağçaşəhər”in qonağı olub.

İstanbulda yerləşən Ülkər İdman Zalında təşkil olunan görüş rəqibin qələbəsi ilə yekunlaşıb – 99:80.

Qeyd edək ki, “Sabah” qrupda keçirdiyi 4 oyunun 3-də məğlub olub, 1-də qələbə qazanıb. Azərbaycan çempionu “Bağçaşəhər”lə Bakıda keçirdiyi matçda rəqibinə 65:83 hesabı ilə uduzub. “Sabah” hazırda 5 xalla D qrupunda üçüncü pillədə qərarlaşıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir