Xınalıq yolunda betonqarışdıran maşın aşdı

Cəmiyyət


Qubada betonqarışdıran maşın aşıb.

resmixeber.az-ın əldə etdiyi məlumata görə, hadisə Quba-Xınalıq yolunda baş verib.

Hadisədən sonra bir müddət yolda nəqliyyat vasitələrinin hərəkətində problem yaranıb.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən resmixeber.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə bu gün səhər saatlarında Xınalıq yolunun 22-ci kilometrliyində baş verib:

“Betonqarışdıran maşın aşıb. Hadisə nəticəsində ölən və xəsarət alan yoxdur. Nəqliyyat vasitəsi yolun hərəkət hissəsindən kənarlaşdırılıb.

Hazırda sözügedən yolda nəqliyyatın hərəkətində hər hansı məhdudiyyət yoxdur”.

Könül Cəfərli

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir