Masallıda “Ford” “KamAZ”a çırpılıb: İki nəfər xəsarət alıb

Cəmiyyət


Masallı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

resmixeber.az-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Ələt-Astara magistralının Masallı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Fuad Həsrətovun idarə etdiyi “Ford” markalı yük maşını idarəetməni itirərək mişar daşı ilə dolu olan “KamAZ” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində “Ford” markalı avtomobilin sürücüsü və sərnişini ağır bədən xəsarətləri alıblar. Yaralılar təcili olaraq rayon xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir