Şabranda hotel işçiləri qəzaya düşdülər: Xəsarət alanlar var

Cəmiyyət


Şabran rayonunun Pirəbədil kəndi ərazisində hotel işçiləri qəzaya düşüblər.

“resmixeber.az”un məlumatına görə, VAZ-2106 və “Nissan X-Trail” markalı minik avtomobillərinin toqquşması nəticəsində Şabrandakı hotellərdən birinin işçiləri – 1992-ci il təvəllüdlü Əlisahib Mirzə oğlu Zeynalov, Cəmil Əşrəf oğlu Vəliyev, 2004-cü il təvəllüdlü Elmir Vüsal oğlu Sərdarov, 2007-ci il təvəllüdlü Cavad Həbib oğlu Zeynalov və 1988-ci il təvəllüdlü Elxan Pirverdi oğlu Haşımov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir