Ərdoğan: “Türkiyə kəşfiyyatı İsraillə təmaslara davam edir”

Dünya


Ankara İsrailin baş naziri Benyamin Netanyahu ilə təmasda deyil, buna baxmayaraq Təl-Əvivlə hökumətlərarası münasibətlər davam edir.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanda keçirilən Türk Dövlətləri Təşkilatının 10-cu Zirvə görüşündən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıranda bəyan edib.

Onun sözlərinə görə, Milli Kəşfiyyat Təşkilat (MİT) sədri İbrahim Kalın həm İsrail, həm də Fələstin və HƏMAS tərəfi ilə görüşür.

“İslam Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında aparacağımız müzakirələr zamanı bu məsələ ilə bağlı qərar verəcəyəm”, – deyə dövlət başçısı vurğulayıb.

Prezident İsraillə, xüsusən də beynəlxalq diplomatiyada əlaqələrin tamamilə kəsilməsinin mümkün olmadığını vurğulayıb.

“Ona görə də xarici işlər naziri Hakan Fidan, MİT rəhbəri İbrahim Kalın və digər nazir dostlarımla birlikdə diplomatiyanın bütün imkanlarından istifadə edirik və bundan sonra da istifadə edəcəyik”.

Mənbə: “Anadolu” Agentliyi

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir