KTM: “Ötən ay zəhərlənmədən altı nəfər ölüb”

Cəmiyyət


Oktyabr ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə ilə bağlı 128 nəfər qəbul edilib.

Bu barədə Kliniki Tibbi Mərkəzin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, onlardan 53-ü kişi, 47-si qadın, 28-i isə uşaq olub.

Qəbul olunan xəstələrdən 64-ü dərmandan, 24-ü sirkə turşusundan, 8-i göbələkdən, 14-ü etanoldan, 7-si dəm qazından, üçü allergik reaksiyadan, biri botulizm, dördü anafilaksiya səbəbindən, üçü isə ilan sancmasından zəhərlənib.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 6-sı dünyasını dəyişib. Onlardan 5-i kişi, 1-i qadın olub.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir