Azərbaycanda universitetdə təhlükəli anlar – VİDEO

Cəmiyyət


Azərbaycan Tibb Universitetində təhlükəli anlar qeydə alınıb.

resmixeber.az-ın məlumatına görə, universitetin pəncərəsində təmizlik aparan qadın üçün heç bir təhlükəsizlik tədbirləri görülməyib.

Məsələ barədə ATU ilə əlaqə saxladıq.

Ali təhsil ocağının mətbuat xidmətinin rəhbəri Günel Aslanova resmixeber.az-ın sorğusuna cavab olaraq bildirib ki, görüntülərlə bağlı universitet məsuliyyət daşımır:

“Bizim universitet bu cür işlərin görülməsi üçün təmizlik şirkəti ilə müqavilə imzalayıb. Şirkət günü, işçi sayını özü tənzimləyir və nümayəndələrini təmizlik üçün göndərirlər. Bu cür hallarda məsuliyyət həmin təmizlik şirkətinin üzərindədir”.

İlhamə Əbülfət

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir