Boksçu Fyuri keçmiş UFC çempionunu məğlub etdi – VIDEO

Dünya


Britaniyalı boksçu Tayson Fyuri Dünya Boks Şurasının (WBC) xüsusi kəməri uğrunda döyüşdə keçmiş UFC çempionu kamerunlu Frensis Nqannunu məğlub edib.

On raundluq döyüş Ər-Riyadda (Səudiyyə Ərəbistanı) baş tutub.

Fyuri hakimlərin qərarı ilə (94-95, 96-93, 95-94) qələbə qazanıb. Üstəlik, üçüncü raundda britaniyalı Nqannunun zərbəsindən nokdauna düşüb.

Qeyd edək ki, 35 yaşlı Fyurinin 34 qələbəsi (24-ü nokautla) və heç bir məğlubiyyəti yoxdur. 37 yaşlı Nqannounun qarışıq döyüş növləri (MMA) üzrə 17 qələbəsi, üç məğlubiyyəti var.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir