Toronto-Dehli reysini yerinə yetirən təyyarə Bakı hava limanına eniş edib

Cəmiyyət


Toronto-Dehli reysini yerinə yetirən “Air Canada” aviaşirkətinə məxsus təyyarənin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Bu barədə resmixeber.az-a Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.

Bildirilib ki, buna səbəb təyyarənin sol mühərrikində yağ təzyiqinin aşağı olması olub.

“Boeing 777” yerli vaxtla saat 15:50-də Bakı hava limanına uğurla eniş edib. Hava gəmisində 301 sərnişin olub. Hazırda təyyarəyə baxış keçirilir və hadisənin bütün şərait və səbəblərini müəyyən etmək üçün zəruri tədbirlər kompleksi təşkil edilir”, – deyə məlumatda qeyd olunub.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir