Səkkiz yaşlı Mehdinin müalicə üçün 1 500 manata ehtiyacı var – FOTO

Cəmiyyət


Səkkiz yaşlı Mehdinin dəstəyə ehtiyacı var.

Bu barədə resmixeber.az-a onun anası Nərmin Həsənli məlumat verib.

O bildirib ki, övladı miopatiya (əzələ xəstəliyi olub, əzələ zəifliyi ilə müşahidə olunur) və qaraciyər sirrozu xəstəliyindən əziyyət çəkir.

“Mənim iki oğlum var, ikisində də anadangəlmə miopatiya xəstəliyi var. Mehdi isə bu xəstəliklə yanaşı qaraciyər sirrozundan əziyyət çəkir. Sizin saytın izləyicilərinin dəstəyi ilə övladlarımın digər xəstəliyi üçün lazım olan masaj alətini ala bilmişik. Hazırda isə Mehdini müalicə etməliyik. İnanın, bunun üçün imkanımız yoxdur. Müalicə üçün 1 500 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən övladıma yenidən dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (055) 802-84-21

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir