Goranboyda evə girən oğrular ər və arvadı döyüblər

Kriminal


Goranboyda evə girən oğrular ər və arvadı döyüblər.

“resmixeber.az”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qızılhacılı qəsəbəsində yerləşən fərdi evlərin birində baş verib.

Xəsarət alan 1951-ci il təvəllüdlü Səməd Həmid oğlu Verdiyev və onun həyat yoldaşı, 1952-ci il təvəllüdlü Sədaqət Ədil qızı Verdiyeva xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyəti kafi qiymətləndirilir.

Zərərçəkmişlərin bildirdiyinə görə, onlar evlərinə daxil olan oğrular tərəfindən döyülüblər.

Daha sonra naməlum şəxslər ev sahiblərinə məxsus pul və qızıl-zinət əşyalarını oğurlayıblar.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir