Dünyanın ən böyük çayı quruyur

Dünya


Dünyada hövzəsinin sahəsinə görə birinci, uzunluğuna görə ikinci olan Amazon çayı quruyur. Onun sahillərində yaşayan sakinləri quraqlıqdan çox əziyyət çəkirlər. Yerli əhalinin içməli su əldə etməsi getdikcə çətinləşir, heyvanlar və balıqlar ölür.

Məlumata görə, Braziliyanın səkkiz ştatında son 40 ildə ən az yağıntı qeydə alınıb. Amazonas ştatında 62 bələdiyyədən 42-si fövqəladə vəziyyət elan edib. Hazırda 250 minə yaxın insan quraqlıqdan əziyyət çəkir, ekspertlər bu rəqəmin 500 minə çatacağını gözləyirlər.

Suyun səviyyəsinin azalması səbəbindən çay vasitəsilə yerli əhali üçün malların – ərzaq və yanacağın göndərilməsi getdikcə çətinləşir. Balıqçılar çaylardakı balıqların tələf olmasından və su səthində üzdüklərindən, artıq yeməyə yaramadığından şikayətlənirlər.

Alimlər vurğulayırlar ki, bu hadisələr qlobal istiləşmə fonunda baş verir və vəziyyəti daha da pisləşdirir.

Mənbə: Ura.ru

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir