Xaçmazda avtomobillər toqquşdu: Xəsarət alanlar var

Cəmiyyət


Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun 35-ci kilometrliyində, rayonun Nərəcən kəndindən keçən hissəsində 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“resmixeber.az”un Şimal bürosunun məlumatına görə, VAZ-21099 markalı minik avtomobili hərəkətdə olarkən QAZ-3110 markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Hadisə nəticəsində 1997-ci il təvəllüdlü Alim Əlirza oğlu Novruzov, 1998 -ci il təvəllüdlü Gülyanə Tahirmirzə qızı Novruzova, 1971-ci il təvəllüdlü Hicran Nurbaba qızı Qənbərova və 1967-ci il təvəllüdlü Canpolad Cavanşir oğlu Qənbərov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir