Piter Krauç 42 yaşında karyerasını bərpa edə bilər

Dünya


İngiltərə millisinin sabiq futbolçusu Piter Krauç 42 yaşında karyerasını bərpa edə bilər.

İngiltərə Birinci Liqa təmsilçisi “Berton Albion” sosial şəbəkə hesabında keçmiş hücumçunun fotosunu paylaşıb. Paylaşımda “möhtəşəm qayıdış” yazısının yer alması Krauçun karyerasını bərpa edəcəyi ilə bağlı iddiaları artırıb. Lakin onun klubda başqa postu tutmaq ehtimalı da var. Məsələ ilə bağlı məlumatın sabah veriləcəyi bildirilir.

Qeyd edək ki, Piter Krauç 2019-cu ildə karyerasını başa vurub. O, İngiltərə Premyer Liqasında 468 oyunda 106 qol vurub.

Mənbə: championat.com

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir