Belarusda dünyanın ən böyük ət kotleti hazırlanacaq

Dünya


Belarusda yerləşən “Moqilyov” ət emalı müəssisəsində diametrinə görə dünyanın ən böyük ət kotleti hazırlanacaq.

Bu barədə Belarus Rekordlar Kitabının Ekspert Şurasından məlumat verilib.

Kotletin diametrinin iki metr olacağı və bununla da dünya rekorduna imza atılacağı bildirilir.

Rekordun oktyabrın 7-də Moqilyov vilayətinin Xotimsk şəhərində keçiriləcək “Dojinki” kənd zəhmətkeşlərinin regional festivalı çərçivəsində qeydə alınması planlaşdırılır.

Sonda nəhəng kotlet qocalar və əlillərin qaldığı pansionata veriləcək.

Mənbə: Sputnik Belarus

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir