Cəlilabadda sərnişin mikroavtobusu qəzaya düşüb

Cəmiyyət


Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.

“resmixeber.az”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı mikroavtobus VAZ-2115 markalı minik avtomobilinə çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

Mikroavtobusun Cəlilabad-Bakı istiqamətində sərnişin daşıdığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir