Ermənilərin Qarabağdakı daha bir “abidəsi” sökülür – VİDEO

HƏRBİ


Ermənilərin Azərbaycanın Qarabağ bölgəsindəki daha bir “abidəsi” yerindən götürülür.

Bu barədə İTV-nin hazırladığı reportajda məlumat verilib. Bildirilib ki, Ağdərə ərazisində quraşdırılan və ermənilərin abidə kimi ziyarət etdiyi Piyadanın Döyüş Maşını – BMP sökülür.

Qeyd edək ki, 1993-cü ildə Kəlbəcərin işğalı zamanı Azərbaycan Ordusunun vurduğu həmin BMP sonralar Ağdərədə abidə kimi yerləşdirilib.

Xatırladaq ki, daha əvvəl ermənilərin Şuşanın girişinə yerləşdirdiyi, vaxtilə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun vurduğu “T-72” tankının abidəsi sökülərək Bakıdakı Hərbi Qənimətlər Parkına gətirilib.

 

www.102info.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir