Rusiyanın ən böyük zavodlarından birində güclü yanğın başlayıb – VİDEO

Dünya


Rusiyanın Nijni Novqorod şəhərində neft-kimya zavodunda güclü yanğın başlayıb.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Nijni Novqorod vilayəti üzrə Baş İdarəsindən bildirilib.

Ölkənin ən böyük zavodlarından biri sayılan “Sibir-Neftexim”də yanğına ilkin səbəb kimi texnoloji prosesin pozulması göstərilir.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunublar.

Eyni zamanda havanın vəziyyəti yoxlanılır, nəticələr daha sonra açıqlanacaq.

Zərərçəkənlər barədə məlumat yoxdur.

Mənbə: Pravda-nn.ru

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir