Messinin cangüdəni iş başında: Oyun zamanı meydana girdi – VİDEO

Dünya


ABŞ-nin “İnter Mayami” klubunda çıxış edən Lionel Messinin cangüdəni növbəti dəfə gündəmə gəlib.

Daha əvvəl meydançanın kənarındakı hərəkətləri ilə diqqət çəkən mühafizəçi bu dəfə meydana daxil olub.

Hadisə komandanın MLS-də (“Major League Soccer”) “Los-Anceles”lə səfər oyununda (1:3) baş verib. Qarşılaşmanın 73-cü dəqiqəsində fanatlardan biri meydana daxil olaraq Lionel Messiyə yaxınlaşmaq istəyib. Ancaq sürətlə oraya gələn futbolçunun cangüdəni buna imkan verməyib. Messinin reaksiyasız qalması da diqqətdən yayınmayıb.

Qeyd edək ki, bu yay PSJ-dən ayrılıb “İnter Mayami”yə keçən argentinalı ulduz 11 oyunda 11 qol, beş məhsuldar ötürmə ilə yadda qalıb.

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir