Varis Yolçuyev: “Bu gün kinoteatrda daha çox bayağı filmlərə baxılır”

Cəmiyyət


“Bu gün kinoteatrda daha çox bayağı filmlərə baxılır. Bu problemin aradan qaldırılması üçün bugünkü tendensiyanı, daha doğru desək, tamaşaçının damarını tutmalıyıq”.

resmixeber.az-ın məlumatına görə, bunu Beynəlxalq Yazıçılar Gildiyasının üzvü, yazıçı Varis Yolçuyev “Azərbaycan dili və ədəbiyyatı” Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bunun üçün uşaqlar “Maşa və ayı”ların, “Şrek”lərin əsarətindən çıxmalıdırlar:

“Yəni öncə böyüməkdə olan uşaqlarımızda zövq formalaşdırmalıyıq”.

Müzakirə zamanı ədəbi tənqidçi Əsəd Cahangir isə bildirib ki, ölkəmizdə bəzən istedadlı insanlara qarşı kampaniyalar olur:

“İstedadsız adamlar bu cür kampaniyaları məqsədli şəkildə edirlər. Nəticədə istedadlı insanlar işlərini təqdim edə bilmirlər”.

İlhamə Əbülfət

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir