FHN ötən sutka ərzində səkkiz nəfəri xilas edib – VİDEO

Cəmiyyət


Ötən sutka ərzində 54 yanğına çıxış, 6 halda köməksiz vəziyyətdə qalma və bir yol-nəqliyyat hadisəsi faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 4-ü azyaşlı olmaqla 8 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi olan bir nəfər xilas edilib, yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb. Həmçinin qəza-xilasetmə əməliyyatı zamanı bir nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir