Hindistanda körpünün uçması nəticəsində azı 17 nəfər ölüb

Dünya


Hindistanın şərqində tikilməkdə olan dəmiryol körpüsünün uçması nəticəsində azı 17 nəfər ölüb.

Bu barədə yerli polis məlumat yayıb.

Hadisə yerli vaxtla saat 10 radələrində (Bakı vaxtı ilə 08:30 – red.) Aycal şəhərindən təxminən 20 km şimal-qərbdə baş verib.

“Hələ ki, 17 nəfərin cəsədi tapılıb, bir çoxu itkin düşüb”, – deyə polis bildirib.

İlkin məlumatlara görə, çökmə zamanı tikintidə 35-40 nəfər olub. Hazırda xilasetmə işləri aparılır.

Mənbə: TASS

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir