ABŞ Belarusdakı vətəndaşlarına çağırış edib

Dünya


ABŞ-nin Belarusdakı səfirliyi öz vətəndaşlarını dərhal bu ölkəni tərk etməyə çağırıb.

Müvafiq bildiriş diplomatik nümayəndəliyin saytında yerləşdirilib.

Səfirlik belə bir tövsiyəyə səbəb kimi Litvanın Belarusla sərhəddə iki nəzarət-buraxılış məntəqəsinin bağlanması ilə bağlı son qərarını, həmçinin Litva, Latviya və Polşanın bu ölkələrin Belarus sərhədini tamamilə bağlamaq imkanını nəzərdən keçirməsini göstərib. 

Amerikalılara Belarusu Latviya və Litva ilə sərhəd keçid məntəqələrindən və ya təyyarə ilə tərk etmək tövsiyə olunub.

Mənbə: Meduza.io

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir