Hacıqabulda avtomobil qəzası zamanı altı nəfər yaralanıb

Cəmiyyət


Hacıqabulda baş verən qəzada altı nəfər xəsarət alıb.

resmixeber.az-nın məlumatına görə, hadisə Hacıqabul rayonunun Udulu kəndi ərazisində qeydə alınıb.

“Mercedes” markalı avtomobillə VAZ 2106 markalı avtomobilin toqquşması nəticəsində 6 nəfər rayon sakini müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirlib.

Onların orta ağır və yüngül xəsarətlər aldığı bildirilir. Bəzilərinə ambulator yardım göstərilib, bəziləri isə palatalara yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir