Əfqanıstanda xeyriyyə ziyafətində 450-dək insan zəhərlənib

Dünya


Əfqanıstanın Host vilayətində xeyriyyə ziyafətindən sonra 450-yə yaxın insan zəhərlənib.

Bu barədə Əfqanıstanın İctimai Səhiyyə Departamentinin rəhbəri Fəzal Kərim Mandozay məlumat verib.

“Ümumilikdə 90-ı uşaq, 120-si qadın olmaqla 450-yə yaxın insan müalicə olunur”, – deyə o, bildirib.

Departamentin rəhbəri qeyd edib ki, hazırda zəhərlənmənin nədən baş verdiyi məlum deyil. İlkin səbəb kimi aşpazların yemək bişirmə prosesində yol verdikləri səhlənkarlıq göstərilir.

Yerli polis nümayəndəsinin sözlərinə görə, hadisə ilə bağlı təhlükəsizlik xidməti araşdırma aparır.

Mənbə: gazeta.ru

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir