Paytaxtda 34 yaşlı qadın qətlə yetirildi

Kriminal


Bakının Nərimanov rayonunda 34 yaşlı qadın qətlə yetirilib.

Bu barədə resmixeber.az-a Nərimanov Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, avqustun 5-i saat 19 radələrində Nərimanov rayonu ərazisində yerləşən fərdi yaşayış evlərindən birində 1989-cu il təvəllüdlü Tacirə Salmanovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi faktı müəyyən olunub.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, istintaq aparılır.

Qeyd olunub ki, cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri həyata keçirilir. Nəticə barədə əlavə məlumat veriləcək.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir