Vatikan “sülh naminə görüş”ə ev sahibliyi edəcək

Dünya


Papa Vatikanın noyabrda Əbu-Dabidə dini liderlərlə “sülh naminə görüş” təşkil etməyi planlaşdırdığını bildirib.

“Noyabrda, Dubayda keçiriləcək BMT-nin iqlim sammitindən əvvəl biz Əbu-Dabidə dini liderlərlə sülh üçün görüş təşkil edəcəyik. Vatikandan kənarda, neytral ərazidə keçiriləcək görüşün təşəbbüsünü Kardinal Pietro Parolin koordinasiya edəcək”, – deyə Papa bildirib.

Qeyd edək ki, 2019-cu ilin fevralında Fransisk Ərəbistan yarımadasına səfər edən ilk pontifik olub və onun tarixi adlandırılan səfəri dinlər arasında dialoqun gücləndirilməsinə xidmət edib. Sonra dinlərarası dialoqun, əsasən də İslam dini ilə inkişafı üçün əsas olan qardaşlıq haqqında sənəd imzalanıb.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir