Nabranda istirahət mərkəzində yanğın olub

Cəmiyyət


Xaçmaz rayonunun Nabran kəndində yerləşən istirahət mərkəzində yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Xaçmaz rayonunun Nabran kəndində istirahət mərkəzinin ərazisində bir dam altında tikilən, ümumi sahəsi 100 kvadratmetr olan birmərtəbəli, müxtəlif təyinatlı tikilinin (mətbəx, ofis və çamaşırxana kimi fəaliyyət göstərir) yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir