“Real Madrid” məşqçi ilə dalaşan futbolçunu satışa çıxardı

Dünya


“Real Madrid” ukraynalı qapıçı Andrey Lunini satmağa hazırlaşır.

“Kral klubu” futbolçu üçün transfer məbləği müəyyənləşdirib. İspaniya nəhəngi onu səkkiz milyon avroya satmağı düşünür.

24 yaşlı ukraynalı müqaviləsinin sonuna – 2024-cü ilin yayına qədər “Real Madrid”də qalmaq niyyətindədir.

Qeyd edək ki, futbolçu ABŞ-yə mövsümöncəsi turne zamanı komandanın qapıçılar üzrə məşqçisi ilə dalaşıb. Bu səbəbdən o, növbəti mövsüm üçün heyətdə düşünülmür.

Lunin 2018-ci ildə 8,5 milyon avroya Madrid klubuna keçib. O, ötən mövsüm 12 oyuna çıxıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir